"Fənərbağça" ulduz futbolçu ilə razılıq əldə etdi
"Əl-İttihad"ın fransalı yarımmüdafiəçisi Nqolo Kante karyerasını "Fənərbağça"da davam etdirməyə yaxındır.
Sportline.az insayder Yağız Sabuncuoğlunun məlumatına istinadən xəbər verir ki, İstanbul klubu 34 yaşlı futbolçu ilə razılığa gəlib.
Sözügedən oyunçu bu mövsüm meydana çıxdığı 22 matçda 1 qolla yadda qalıb.
Qeyd edək ki, Kantenin dəyəri 5 milyon avrodur.