"Fənərbağça" və "Spartak"ın sabiq oyunçusu İngiltərə klubunda
Nigeriyalı yarımmüdafiəçi Viktor Mozes "Luton Taun"a transfer olunub.
Sportline.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu azad agent statusunda yeni klubunun sıralarına qoşulub. Onunla 2025-ci ilə qədər müqavilə imzalanıb.
Ötən mövsümü "Spartak"da keçirən vinqer meydana çıxdığı 19 oyunda 1 qol vurub, 1 asist edib.
Qeyd edək ki, Mozes daha əvvəl "Çelsi", "Fənərbağça", "Vest Hem", "İnter" və "Liverpul" kimi klubların uğurları üçün çalışıb.