"Fənərbağça" yeni futbolçusunu təqdim etdi
"Fənərbağça" "Adana Demirspor"un futbolçusu Samet Akaydının transferini rəsmiləşdirib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Adana Demirspor" bu satışdan 4 milyon avro qazanıb.