"Fənərbağça" yeni transferin problemini çözdü
"Fənərbağça" klubu yeni tranfseri ilə bağlı yaranan problemi aradan qaldırıb.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisinin "Srvena Zvezda"dan transfer etdiyi Oqnen Mimoviçin adını iştirak ərizəsinə salmaqda çətinliklə üzləşmişdi.
"Sarı-lacivərtlilər" 4,5 illik müqavilə bağladıqları serbiyalı sağ cinah oyunçusunun lisenziya problemini bu gün həll ediblər.
20 yaşlı futbolçunun adı artıq Türkiyə Futbol Federasiyasının məlumat bankında yer alır.
Qeyd edək ki, Mimoviç bu problem üzündən "Çaykur Rizespor"la oyunda meydana çıxa bilməmişdi.