"Fənərbağça" yeni transferini həyata keçirib
"Fənərbağça" klubu yeni transferini açıqlayıb.
Sportline.az xəbər verir ki, "Vest Hem Yunayted"in meksikalı yarımmüdafiəçisi Edson Alvarez 2025-2026 mövsümünü icarə əsasında "Fənərbağça"da keçirəcək.
Bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Oyunçu bu gün İstanbula gələcək.
Qeyd edək ki, Edson Alvarez ötən mövsüm meydana çıxdığı 31 matçda 1 asistlə yadda qalıb.