"Fənərbağça" - "Zenit" matçında qalmaqal

"Fənərbağça" və "Zenit" komandalarının İstanbulda keçirilən xeyriyyə matçı qalmaqalsız ötüşməyib.  

Sportline.az sovsport.ru-ya istinadla xəbər verir ki, "Şükrü Saracoğlu" arenasının tribunalarında azarkeşlər arasında yaranan qarşıdurmaya polis müdaxilə etməli olub. 

Aqressivliyi ilə seçilən 3 rusiyalı fanat tribunadan uzaqlaşdırıldıqdan sonra insidentin qarşısı alınıb. 

Qeyd edək "Fənərbağça" - "Zenit" görüşü 2-2 hesabı ilə nəticələnmişdi.