"Fənərbağça"da 1 oyun keçirdi, Almaniya klublarının diqqətini çəkdi
"Zenit"lə xeyriyyə matçında (2:2) "Fənərbağça"nın əsas heyətində ilk dəfə meydana çıxan cənubi koreyalı Ço Cin Ho 1 oyunla gündəmə gəlib.
Sportline.az xəbər verir ki, performansı ilə diqqət çəkən 19 yaşlı yarımmüdafiəçi Almaniya klublarının maraq dairəsinə düşüb.