"Fənərbağça"da ayrılıq gözlənilir

Çempionluq arzuları dəfn olunma üzrə olan "Fənərbağça" artıq gələn mövsümün hazırlığına başlayıb.

Sportline.az xəbər verir ki, heyətə ciddi şəkildə əl gəzdiriləcək komandada "yarpaq tökümü" gözlənilir.

Yolların ayrılacağı futbolçulardan biri də Rodriqo Bekaodur.

"Fotomaç"da yayılan xəbərə görə 29 yaşlı brailiyalı mövsümün sonunda İstanbulu tərk edəcək.

 İtaliya klublarından birinin təcrübəli müdəfiəçi üçün 3 milyon avro təklif etdiyi bildirilir.

Qeyd edək ki, Bekao mövsüm ərzində meydana çıxdığı 15 oyunda 1 qol, 1 asist müəllifidir.