“Fənərbağça”da ciddi itki

“Fənərbağça”nın polşalı futbolçusu Sebastiyan Şimanskinin zədələndiyi açıqlanıb.

Sportline.az xəbər verir ki, bu haqda Polşa millisinin rəsmi “X” hesabı paylaşımında qeyd edib.

Şimanski bu səbəbdən Portuqaliya ilə matçda iştirak edə bilməyib. İlkin müayinə əsasında 25 yaşlı futbolçunun təxminən 2 həftə yaşıl meydanlar uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, Polşa millisi səfərdə Portuqaliya komandasına 1:5 hesabı ilə məğlub olub.