"Fənərbağça"da ümidləri doğrultmayan futbolçu

"Fənərbağça"da Joao Pedro böhranı davam edir.

Sportline.az xəbər verir ki, "Fənərbağça"nın önəmli transferlərindən sayılan Joao Pedro ümidləri doğrultmur.

Hətta "Zenit"lə xeyriyyə matçında baş məşqçi Jorji Jezuş penaltini Pedronun yerinə yetirməsini istəsə də, hücumçu bu fürsəti qola çevirə bilməyib.