"Fənərbağça"da zədələr var

Türkiyənin “Fənərbağça” klubu 2 ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçuları İrfan Can Kahveci və Filip Novak sıradan çıxıb.

Hər iki oyunçu Avropa Liqasının pley-off mərhələsinin HJK (Finlandiya) ilə ilk matçında (1:0) zədələnib.

Futbolçuların son durumu tibbi müayinədən sonra bilinəcək.

“Fənərbağça”da daha əvvəl yarımmüdafiəçi Dmitris Pelkas və hücumçu Sərdar Dursun zədələnmişdi.