"Fənərbağça"dan Braziliya millisinə?
"Fənərbağça"nın baş məşqçisi Jorji Jezuşun Lissabonda Braziliya millisinə rəhbərlik etmək üçün danışıqlarda iştirak etdiyi iddia olunur.
Sportline.az "Record" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis və Karlo Ançelotti "sambaçılar"ı çalışdırmaq üçün əsas 2 namizəddir.
Jorji Jezuşun "Fənərbağça"da müqaviləsi bu ilin may ayında başa çatır.