“Fənərbağça”dan Tadiç qərarı
İstanbul nəhəngi “Fənərbağça” 35 yaşlı serbiyalı futbolçusu Duşan Tadiçlə bağlı son qərarını açıqlayıb.
Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Fənərbağça” rəhbərliyi təcrübəli futbolçuya 2 illik yeni müqavilə təklif edib.
Tadiçin bu təklifə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Duşan Tadiç bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 5 qol və 4 asistlə yadda qalıb.