“Fənərbağça”dan transfer hərəkatı
Bu mövsüm Türkiyə Süper Liqasını qazanmağı hədəfləyən “Fənərbağça” klubu yanvarda heyətinə bir çox futbolçunu cəlb edəcəyi gözlənilir.
Sportline.az “Takvim” qəzetinə istinadən xəbər verir ki, transfer siyahısının ilk adı “Barselona”nın futbolçusu Ansu Fati olaraq göstərilir. Klub oyunçunu qışda heyətinə qatmağı düşünür. “Barselona” rəhbərliyi oyunçu üçün 15 milyon avro tələb edir.
Digər futbolçu isə “Tottenhem”in 27 yaşlı futbolçusu Serxio Reqiliondur. Reqilionun hazır ki transfer dəyəri 12 milyon avro olaraq təyin edilib.
Qeyd edək ki, “Fənərbağça” rəhbərliyi yanvar ayında transferə 30 milyon avro pul ayırdığı bildirilir.