“Fənərbağça”dan yeni həmlə
"Fənərbağça" fransalı sol cinah vingeri Arman Loryante və klubu Sassuolo ilə razılaşıb.
Sportline.az xəbər verir k.i bu haqda "Sabah" qəzeti məlumat yayıb.
26 yaşlı oyunçu üçün klubuna 15 milyon avro ödənəcək.
Loryante ilə 2 illik müqavilə imzalanacaq.
Transfer dəyəri 15 milyon olan futbolçu ötən mövsüm meydana çıxdığı 34 oyuna 19 qol və 5 asistlə yadda qalıb.