"Fənərbağça"dan yeni transfer

"Fənərbağça" yeni transferini reallaşdırıb.

Sportline.az xəbər verir ki, məlumatı İstanbul təmsilçisinin rəsmi "Twitter" səhifəsi yayıb.

Komanda fransalı yarımmüdafiəçi Migel Kresponu heyətinə cəlb edib. 

Ancaq 25 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Migel Krespo son klubu Portuqaliya"Eştoril"i olub.