"Fənərbağça"nın baş məşqçisi inamlıdır

"Fənərbağça"nın baş məşqçisi Jorje Jesus Avropa Liqasının 1/8 final mərhələsinin "Sevilya" ilə ilk oyunundan sonra fikirlərini bildirib.

Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 0:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

"Bizdən daha təcrübəli komandaya qarşı oynadıq. İlk hissədə möhtəşəm işlər gördük. "Sevilya"nın bir epizodu belə olmadı. Tur üçün şansımız var. Hələ heç nə bitməyib".

Komandalar arasındakı cavab oyunu martın 16-da İstanbulda olacaq.