"Fənərbağça"nın əfsanə prezidenti Əziz Yıldırım yenidən namizəd olacağını bildirib
"Fənərbağça" klubu mayın 25-də yeni prezidentini seçəcək.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, hazırki prezident Ali Koçdan sonra Əziz Yıldırım da öz namizədliyini irəli sürüb.
Digər namizəd Sadettin Saran isə ötən günlərdə geri çəkildiyini açıqlamışdı.
Qeyd edək ki, Əziz Yıldırım 1998-ci ildən 2018-ci ilə qədər "Fənərbağça"nın prezidenti olub.Onun 20 illik prezidentlik dövründə "sarı-lacivərtli" klub 6 dəfə Türkiyə Super Liqasının qalibi olub.