"Fənərbağça"nın futbolçusu saxlanıldı
"Fənərbağça"nın futbolçusu Ozan Tufan Türkiyə polisi tərəfindən saxlanılıb. SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, futbolçu qaçaqmalçılıqla məşğul olan qrupla əlaqəyə girməkdə şübhəli bilinir.
Belə ki, O.Tufan qeyri-qanuni yollarla ölkəyə avtomobillər gətirib satan cinayətkar qrupun müştərisi olub.
Polis hazırda məsələni araşdırmaqla məşğuldur.