“Fənərbağça”nın ulduzu “Beşiktaş”ın radarındadır
İstanbul nəhəngi “Fənərbağça”nın 29 yaşlı futbolçusu İrfan Can Kahveci klubdan ayrıla bilər.
Sportline.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, “Beşiktaş” mövsüm sonunda müqaviləsi başa çatacaq olan İrfan Can Kahveci üçün hərəkətə keçəcək.
İrfan Can Kahvecinin “Fənərbağça”da xoşbəxt olduğu bildirilir.
Qeyd edək ki, İ.Can Kahveci bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 1 qol və 1 asistlə yadda qalıb.