“Fənərbağça”nın yeni hədəfi
Bu mövsüm Türkiyə Süper Liqasını qazanmağı hədəfləyən “Fənərbağça” klubu yanvarda heyətinə bir çox futbolçunu cəlb edəcəyi gözlənilir.
Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Fənərbağça” rəhbərliyi yanvarda heyətinə ən azı 2 futbolçu transfer edəcəklərini açıqlayıblar. Siyahıda “Tottenhem”in 27 yaşlı futbolçusu Serxio Reqilion və “Mançester Yunayted”in gənc futbolçusu Amad Diallo yer alır.
Joze Mourinyo rəhbərlikdən son transfer kimi “Barselona”nın ispaniyalı futbolçusu Ansu Fatinidə istədiyi bildirilir.
Reqilionun transfer dəyəri 12 milyon, Amad Dialonun isə 22 milyon avro olaraq təyin edilib.
Ansu Fatini isə icarə əsasında heyətinə cəlb edə bilər.
Qeyd edək ki, “Fənərbağça” rəhbərliyi yanvarda transferlərə 30 milyon avro ayıracaq.