“Fənərbağça”ya şad xəbər
İstanbul nəhəngi “Fənərbağça”nın qanalı futbolçusu Aleksander Cikunun məşqlərə başladığı bildirilir.
Sportline.az “ntvspor.net”ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu bu həftə keçiriləcək “Sivasspor”la matçda çıxış edəcəyi gözlənilir.
Ciku özünü gümrah hiss edir. Həkimlər bu matçda 30-45 dəqiqə arası oynaya biləcəyini söyləyib.
Qeyd edək ki, Aleksander Ciku “Trabzonspor”la matçda zədələnmişdi.