"Fənərbağça" "Barselona"dan aldığı futbolçunu icarəyə verdi

"Fənərbağça" yeni transferi Emre Demiri icarəyə verib.

Sportline.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi karyerasını "Samsunspor"da davam etdirəcək. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Emre Demir yanvarın 31-də "Fənərbağça" ilə 4,5 illik müqavilə imzalayıb. O, İstanbul təmsilçisinə "Barselona"dan keçib. Demir Kataloniya klubunun əvəzedici komandasında çıxış edib.

Banner