Fərdi Kadıoğlu daha bir İtaliya nəhənginin hədəfində
“Napoli” klubu “Fənərbağça”dan Fərdi Kadıoğlunu transfer etmək istəsə də “Milan”ın son anda ortaya çıxan təklifi futbolçu və klubu düşünməyə vadar edib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, milanlılar gənc futbolçu üçün 20 milyon avro təklif ediblər.
Bu halda, Napoli təmsilçisinin 17,5 milyon avroluq təklifi ikinci plana keçib.
Məsələyə yaxın günlərdə aydınlıq gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, “Napoli” Fərdi Kadıoğlu və “Fənərbağça”ya yenidən masa arxasına oturmağı təklif edib.