Rio Ferdinand "FourFourTwo"ya görə Premyer Liqa tarixinin ən yaxşı müdafiəçisidir

FourFourTwo portalı Premyer Liqa tarixinin ən yaxşı müdafiəçilərinin reytinqini tərtib edib.

Sportline.az xəbər verir ki, siyahının birinci pilləsində "Mançester Yunayted"in sabiq oyunçusu Rio Ferdinand qərarlaşıb.İkinci sırada "Çelsi"dən Eşli Kol yer alıb.İlk üçlüyü "Liverpul"dan Van Deyk qapıyıb.

Siyahının ilk 10 pilləsi isə belədir:

4.Con Terri ("Çelsi")

5.Kayl Uolker ("Man.Siti", "Tottenhem")

6.Vensan Kompani ("Man.Siti")

7.Nemanya Vidiç ("Man.Yunayted")

8.Toni Adams ("Arsenal")

9.Sol Kempbell ("Arsenal", "Tottenhem")

10.Qari Nevill ("Man.Yunayted").