Fərid Nəbiyev "Slaviya"da növbəti oyununu keçirib
Azərbaycanlı futbolçu Fərid Nəbiyev "Slaviya"nın 21 yaşadək futbolçulardan ibarət komandasında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, F.Nəbiyev “Qradeç Kralove” ilə görüşə start heyətində başlayıb və 80-ci dəqiqədə əvəzlənib.
Matç 2:2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, ötən tur da meydana çıxan yarımmüdafiəçi 84 dəqiqə meydanda olmuşdu.