Fernandu Santuşun yeni komandası

Fernandu Santuşun Polşa yığmasının baş məşqçisi vəzifəsinə təyinatı rəsmiləşib. 

Sportline.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının saytı məlumat yayıb. 68 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd olunur ki, Santuşa komandanı Avro-2024-ün əsas mərhələsinə çıxarmaq tapşırığı verilib.

Əlavə edək ki, Santuşun son iş yeri Portuqaliya millisi olub. Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeşə 0:1 hesabı ilə uduzub. Bundan sonra Santuş stefaya göndərilib.