Ferqyuson Həbibə cavab verdi

MMA üzrə denya çempionu Həbib Nurməhəmmədov, bir neçə gün əvvəl, Castin Qetjiyə məğlub olan Toni Ferqyusonu dəstəkləmişdi.
 
Sportline.az xəbər verir ki, Ferqyuson tvitter hesabında Həbibə cavab verib:

 

"Hörmət edirəm, Həbib. Amma sən hələ də mənə 20 jim borclusan. Atanın səhhəti düzəldiyinə görə şadam. Tezliklə görüşəcəyik, uşaq. Əsl finala hazırlaşmağa davam et".

 
Qeyd edək ki, Qetji 5-ci raundda texniki nokautla Ferqyusona qalib gələrək yüngül çəkidə müvəqqəti çempionluq kəmərinə sahib çıxıb. Castinin yaxın aylarda Həbiblə qarşılaşacağı gözlənilir.