Ferran Torres yayda ayrıla bilər
"Barselona"nın futbolçusu Ferran Torres yayda klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Diario As" nəşri məlumat yayıb.
İspaniya millisinin üzvünün Kataloniya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, F.Torres cari mövsüm meydana çıxdığı 46 matçda 20 qol, 2 asistlə yadda qalıb.