Fəxri prezident vəfat etdi

İtaliyanın "Yuventus" klubunun sabiq futbolçusu Campyero Boniperti dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, o, 92 yaşında ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Campyero Boniperti karyerası ərzində (1946 - 1961) Turin təmsilçisində çıxış edib. O, "Yuventus"da keçirdiyi 459 oyunda 179 qol vurub. Boniperti klub tarixində Alessandro Del Pyerodan (290) sonra ən çox qol vuran ikinci oyunçudur.

5 qat İtaliya çempionu millidə 38 görüşdə 8 dəfə fərlənib. Boniperti 1971 - 1990-cı illərdə "Yuventus"un prezidenti olub. 2006-cı ildən isə o, Turin təmsilçisinin fəxri prezidenti idi.