FIFA referilərimiz seçmə mərhələ oyununa təyinat aldı

Futzal üzrə FIFA referiləri Hikmət Qafarlı və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıb.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, onlar AVRO-2022-nin ilkin seçmə mərhələsində Yunanıstan – Moldova oyununu idarə edəcəklər.

Qeyd edək ki, 3-cü qrupdakı qarşılaşma aprelin 9-da olacaq.