FİFA referimiz Avropa çempionatında

Futzal üzrə FIFA refersisi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb.

Sportline.az xəbər verir ki, K.Əmiraslanov qadın futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Ukrayna, Finlandiya, Çexiya və Belçika milli komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 20-dən 25-dək Ukraynada təşkil olunacaq.