FİFA referimiz "Çelsi"nin oyununda

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Sportline.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının VI turu çərçivəsində keçiriləcək “Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə) oyununun baş hakimi olacaq.

Kamal Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən "Bortolotti İdman Mərkəzi"ndə keçiriləcək.