FİFA referimiz təyinat aldı

FİFA referimiz Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Vitoriya Gimaraynş” (Portuqaliya) – “Zalsburq” (Avstriya) görüşündə ədaləti təmsil edəcək.  Sportline.az xəbər verir ki, görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimin əlavə köməkçiləri, Mübariz Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək. Oyun sentyabrın 14-də “Afonsu Enrikiş” stadionunda keçiriləcək.