FİFA Rusiya millisinin oyununa icazə verdi
FİFA Rusiya və Tacikistan millilərinin yoldaşlıq oyununa icazə verib.
Sportline.az xəbər verir ki, bu oyununun nəticəsi FİFA reytinqi hesablanarkən də nəzərə alınacaq.
Rusiya və Tacikistan seçmələri arasındakı görüş noyabrın 17-də olacaq.
Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisində apardığı müharibəyə görə bu ölkənin komandaları FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.