FİFA referimizə yeni təyinat

FİFA referisi Ömər Paşayev yeni təyinat alıb. Sportline.az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının İsveç - Kipr təsnifat matçını idarə edəcək.  Sentyabrın 5-də İsveçin Falkenberq şəhərindəki eyniadlı arenada keçiriləcək oyunda Paşayevə Namiq Hüseynovla Mübariz Haşımov yan xətt, Rauf Cabbarov isə dördüncü hakim qismində yardımçı olacaqlar. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.