"Bu, karyeramın ən vacib qələbəsidir"

"Komanda olaraq yaxşı çıxış etdik. Sevinirəm ki, yarışa uğurlu start verdik". Bu sözləri "Tour d'Azerbaidjan-2016" veloyürüşünün ilk mərhələsinin qalibi Fil Bauhaus yarış haqda fikirlərini SportLine.az saytı ilə bölüşərkən deyib.

Almaniyalı sprinter bu qələbəni peşəkar karyerasının ilk böyük uğuru kimi qiymətləndirib:

"İlk dəfədir, belə böyük yarışda iştirak edirəm. Finişə birinci çatmağımda komanda yoldaşlarımın da köməyi oldu. Ümumilikdə, komanda kimi yaxşı çıxış etdik. Ümid edirəm, uğurun davamını gətirəcəyik".

Bakı-İsmayıllı marşrutunu ən çətin mərhələ kimi dəyərləndirən Bauhaus, "Məqsədimiz, sabah da qalib gəlməkdir. Güclü rəqiblərimiz var. Yarışa tam hazırıq və qələbə qazanmağa qadirik", - deyib.

"Synergy Baku" haqda da fikirlərini bölüşən sprinter, "Əsas rəqiblərimizdən biri də "Synergy Baku"dur. Onların yaxşı heyəti var. Eləcə də, yarışın Azərbaycanda keçirilməsi onlara üstünlük qazandırır. Bu gün mübarizənin yalnız son mərhələsində uduzdular. Yəqin ki, növbəti günlərdə komandanız öz gücünü göstərəc", - deyə bildirib.

SportLine.az | Velotur

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir