Filip Ozobiç: "Bizi ağır oyun gözləyir"
"Bizi ağır oyun gözləyir. İlk görüşdə 4:1 qalib gəlsək də, rəqib çox yaxşı komandadır və çox yaxşı oyunçuları var".
Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç evdə Kipr "Omoniya"sına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının V tur matçından əvvəl mətbuat konfransında deyib.
Xorvatiyalı yarımmüdafiəçi qarşılaşmaya yaxşı hazırlaşdıqlarını və yaxşı oyun göstərməyə çalışacaqlarını bildirib: "Azərbaycan millisi ilə "Qarabağ"dakı çıxışlarımı ayırmaq istərdim. "Sabah "Qarabağ"ın oyunu olacaq. Fikrimcə, hər şey yaxşı olacaq. Heç bir neqativ enerji yoxdur".
30 yaşlı oyunçu qrup mərhələsini adlamalarına rəğmən, qarşıdakı iki matçda maksimum nəticəyə nail olmaq istədiklərini vurğulayıb: "Sonrasının necə olacağına baxacağıq. Əsas məsələ son 2 matça konsentrasiya olunmaqdır".
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlanacaq.