Final üçün 2 oyun

Serbiyada futzal üzrə Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, bu gün yarışda yarımfinal mərhələsinin görüşləri keçiriləcək.

Azərbaycanı mübarizədən kənarlaşdıran Rusiya millisi meydan sahibi Serbiya ilə qarşılaşacaq. Debütant Qazaxıstan seçməsi isə İtaliya ilə görüşdəki qələbənin təsadüfi olmadığını İspaniyaya qarşı matçda sübut etməyə çalışacaq.

11 fevral 2016
Futzal, 1/2 final


21:30. Serbiya - Rusiya

00:00. İspaniya - Qazaxıstan