"Fiorentina" "Yuventus"un futbolçusunu transfer edir
"Fiorentina" "Yuventus"un futbolçusu Artur Melonun transferini həyata keçirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, icarədə olan yarımmüdafiəçinin çıxışından razı qalan florensiyalılar ounla müqavilə bağlamaq niyyətindədirlər.
Keçidin yaxın aylarda reallaşdırılacağı gözlənilir.
Bu haqda tanınmış jurnalist Nikolo Skita X sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu mövsümün sonunadək "Fiorentina"ya icarəyə verilib.