"Fiorentina"dan "Kalyari"yə

"Fiorentina"nın futbolçusu Yerri Mina karyerasını İtaliyanın digər klubunda davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda klubun rasmi saytında məlumat yayılıb.

29 yaşlı müdafiəçi yeni klubu ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Mina ötən ilin yayından "Fiorentina"nın formasını geyinirdi.

O, bənövşəyilərin heyətində keçirdiyi 7 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.