Fransa - Danimarka duelinda bərabərlik, İngiltərə məğlub oldu

17 yaşadək futbolçuların Avropa çempionatında 1-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, turun son oyunları "C" qrupunda keçirilib.

Yarışın son qalibi Fransa Danimarka seçməsinin müqavimətini qıra bilməyib. İngiltərə isə İsveçlə görüşdə meydanı məyus tərk edib.

06 may 2016
U-17 Avropa çempionatı
"C" qrupu, 1-ci tur


İngiltərə – İsveç - 1:2
Qollar:
 Asoro, 4 (0:1), 59 (0:2), Nelson, 62
Suraxanı qəsəbə stadionu
 
Fransa – Danimarka - 0:0
"Dalğa Arena"