Fransa klubu "Alanyaspor"un oyunçusu ilə maraqlanır

"Alanyaspor"da çıxış edən Oğuz Aydın ilə bağlı bir transfer iddiası ortaya atılıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Fransa Liqa 1 komandalarında "Nitsa" 23 yaşlı hücumçunun keçidində maraqlıdır.

"Oğuz Aydın" ilə "Nitsa"nın hazırki baş məşqçi Fransisko Farioli bir dönəm "Alanyaspor"da birlikdə çalışıblar.

Qeyd edək ki, Oğuz Aydın bu mövsüm "Alanyaspor" ilə çıxdığı 34 oyunda 12 qol, 7 asistlik performans göstərib.