Fransa klubu baş məşqçi ilə yollarını ayırıb

Liqa 1-də çıxış edən "Reyms" klubunda məşqçi ayrılığı yaşanıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, "Reyms" klubu rəmsi saytından verdiyi açıqlamada baş məşqçi Uill Stillə yollarını ayırdıqlarını bildirib.

Fransa Liqasında ən gənc məşqçi olan 31 yaşlı Uill Still 2022-ci ilin oktyabr ayından komandaya rəhbərlik edirdi.

"Reyms" onun başçılığı altında çıxdığı 65 görüşdə 26 qələbə, 17 heç-heçə, 22 məğlubiyyət əldə edib. (1.46 xal ortalaması).

Qeyd  edək ki. "Reyms" hal-hazırda davam edən Fransa liqasında 40 xalla 11-ci sıradadır.