Fransa Liqa 1-i tərk edəcək ilk komanda bəlli olub

Fransa Liqa 1-i tərk edəcək ilk komandanın adı artıq məlumdur.

Sportline.az xəbər verir ki, "Klermon" klubunun sona 1 tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib.

"Klermon" 33-cü turun oyununda  "Olimpik Lion"a 0-1 hesabı ilə məğlub olaraq sonuncu pilləni təmin edib.

Qeyd edək ki, Fransa Liqasında 17-ci və 18-ci pillənin sahibləri çempionatın sonunda liqanı tərk edirlər.16-cı sıranı tutan komanda isə Liqa 2-ni 3-cü sırada bitirən komanda ilə pley-off oyunları keçirir.