Fransa millisi baş məşqçi ilə müqaviləni uzadıb

Fransa millisində Didye Deşamın gələcəyi bəlli olub.

Sportline.az Fransa Futbol Federasiyasına istinadla xəbər verir ki, 55 yaşlı mütəxəssisin müqaviləsi 2026-cı ilə qədər uzadılıb.

2012-ci ildən milli komandaya rəhbərlik edən fransalı çalışdırıcı 2018-ci ildə Dünya Kubokunun, 2021-ci ildə isə Millətlər Kubokunun qalibi olub. 

Qeyd edək ki, Deşamın rəhbərlik etdiyi Fransa millisi son olaraq AVRO 2024-ün yarımfinalında İspaniyaya məğlub olaraq mübarizəni dayandırıb.