AVRO-2024: Fransa millisinin start heyətində dəyişiklik gözlənilir

Fransa millisnin hücumçusu Antuan Qrizmanın Avropa çempionatının yarımfinal mərhələsinin İspaniya ilə oyununda start heyətində olacağı sual altındadır.

Sportline.az xəbər verir ki, təcrübəli futbolçu çox güman ehtiyat oyunçular skamyasında yer alacaq. 

Bu haqda Fransanın nüfuzlu "L'Equipe" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə baş məşqçi Didye Deşam Qrizmannın fiziki formasından razı deyil.

Deşam onun əvəzinə Usman Dembeleni meydana buraxmağı planlaşdırır. 

Qeyd edək ki, İspaniya - Fransa matçı sabah Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.