Fransalı futbolçu "Arsenal"ın təklifini rədd edib
"Arsenal" "Renn"in fransalı futbolçusu Jeremi Yaskuet üçün rəsmi təklif göndərib.
Sportline.az xəbər verir ki, futbolçu bu təklifi rədd edib.
Bu haqda "Foot Mercato" nəşri məlumat yayıb.
Futbolçu İngiltərə Premyer Liqasında çıxış etmək istəmir.
Qeyd edək ki, Jereminin transfer qiyməti 10 milyon avrodur.