Fransisko Farioli Hollandiya nəhənginə rəhbərlik edəcək
"Ayaks" baş məşqçi Fransisko Farioli ilə razılığa gəlib.
Sportline.az xəbər verir ki, Erik Ten Haq və Qraham Potterlə danışıqlardan istənilən nəticəni ala bilməyən "Ayaks" "Nitsa"nın çalışdırıcısı Fransisko Farioli ilə razılığa gəlib.
35 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.
Hollaniya Liqasında uğursuz mövsüm keçirən "Ayaks" 33 turdan sonra 55 xalla 5-cidir.
Qeyd edək ki, Farioli bir vaxtlar Türkiyədə "Alanyaspor" və "Karagümrük" komandalarını çalışdırıb.