"Frayburq" Bakıya azarkeş ordusu ilə gəlir
UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ” – “Frayburq” matçında qonaq komanda dəstəksiz qalmayacaq.
Sportline.az xəbər verir ki, bu barədə “Frayburq” klubunun mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, oyunla əlaqədar Bakıya 600 almaniyalı futbolsevər gələcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” görüşü noyabrın 3-də, saat 21:45-də başlanacaq.